Prokurorluq qiymətlərlə mübarizəyə qoşuldu

Bazar

-

İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birlikdə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır.

Nazirlik və prokurorluq xəbərdarlıq edir ki, süni qiymət artımı və mal-qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə ən ciddi tədbirlər görüləcək.

Dekabrın 21-də Mərkəzi Bank manatı ABŞ dollarına nisbətdə 50 faizdən çox ucuzlaşdırdı və bununla manat il ərzində 97 faizdən çox dəyərini itirdi.

İkinci devalvasiya iqtisadı və maliyyə bazarında şok effekti yaradıb, bir çox ərzaq və qeyri-ərzaq malları bahalanıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin: