Rusiyada vəziyyət pisləşə bilər

Kudrin

2015-ci ilin noyabrınadək Rusiya iqtisadiyyatında 4 faiz geriləmə olub.

İqtisadi İnkişaf Nazirliyinin deekabrıb 28-də açıqladığı hesabatda belə deyilir.

İlin əvvəllərindən bu yana Rusiyada qiymətlər 12 faiz qalxıb, illik baxımdan isə bu 15 faiz deməkdir.

İqtisadi inkişaf naziri Aleksei Ulyukaev hələ noyabrın sonunda ölkədə iqtisadi tənəzzülün bitdiyini bildirmişdi.

Amma artıq dekabrın ortalarında nazir ölkədə iqtisadi vəziyyətin bir qədər pisləşdiyini etiraf elədi.

Prezident Putin isə dekabrın 17-də keçirdiyi illik mətbuat konfransında böhranın pik həddinin ötüşdüyünü demişdi.

Amma Rusiyanın keçmiş maliyyə naziri Aleksei Kudrin bununla razılaşmır.

O İnterfaks agentliyinə müsahibəsində bildirib ki, əgər neftin qiyməti yarım il ərzində aşağı həddə olsa, Rusiyada iqtisadi geriləmə davam edəcək.

Kudrin həmçinin antiböhran proqramının hazırkı riski bir qədər neytrallaşdırması ilə bağlı hökumətin nikbinliyi ilə bölüşmür.

O hesab edir ki, bu tədbirlər bank sektorunda mühüm rol oynasa da sərmayyələr və əhalinin real gəlirləri xeyli azalıb.