-
Bakıda qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlar barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
Xəbəri Bakı Şəhər Baş Polis İdarəsi yayıb.
Bundan əvvəl - dekabrın 28-də də 2 nəfər qanunsuz valyuta mübadiləsinə görə saxlanılmışdı.
Bakı şəhər Baş Polis İdarəsi bildirir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Dekabrın 27-də Bakıda dollar qıtlığı ilə bağlı ajiotaj yaranandan sonra şəhərdə «qara bazar» peyda olub. Burada 1 ABŞ dolları 1.8-2 manata təklif edilir.