-
Dekabrın 30-da Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrinin çoxu açıqdır.
Satış olan məntəqələrdə 1 dollar 1.6 manata alınır, 1.72-1.75 manata satılır.
Mərkəzi Bankın dekabrın 30-na olan rəsmi məzənnəsinə görə isə, 1 ABŞ dolları 1.5594 manata bərabərdir.
Ancaq qapısı bağlı olan məntəqələr də var. Həmin məntəqə sahibləri indiki alverin onlara sərf etmədiyini deyirlər.
Bank filiallarının çoxunda isə tabloda alış-satış qiymətləri göstərilsə də, ancaq alış var, satış yoxdur.
Dekabrın 29-dan fərqli olaraq, fəaliyyət göstərən məntəqələrdə izdiham yoxdur.
Metronun «28 May» stansiyası ətrafında isə ara-sıra hələ də «qara bazar» alverçilərinə rastlanır.