-
Bayram günlərində (31 dekabr-4 yanvar) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ən çox müraciət dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub.
Bu haqda şöbə müdiri Azər Maqsudov «Report»a deyib.
Onun sözlərinə görə, bu diaqnozla şöbəyə 18 nəfər müraciət edib: «Onlardan 12-si qadın olub. Hazırda şöbədə 2 nəfərin müalicəsi davam edir, lakin günün sonuna kimi onların evə buraxılması nəzərdə tutulur».
Şöbə müdiri həmçinin qeyd edib ki, 5 gün ərzində xəstəxanaya sərxoşluqla bağlı 16 nəfər daxil olub ki, müayinə olunduqdan sonra onlar da evə buraxılıb: «Eyni zamanda, dərmanın əlavə təsirindən allergik reaksiya ilə bağlı klinikaya 4 nəfər müraciət edib. Bu müddətdə heç bir ölüm faktı qeydə alınmayıb».