-
Bakının Nardaran qəsəbəsində Abşeron küçəsində aparılan tikinti işləri ilə əlaqədar orda yaşayan sakinlərə kompensasiya verilib.
Bunu APA-ya «Azəryolsevis» ASC-nin mətbuat xidmətindən bildiriblər.
Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, Abşeron küçəsində işlərin sürətli aparılması üçün layihələndirmə, söküntü və tikinti paralel gedir: «İlkin siyahıyaalınma zamanı bu küçədə yolun tikintisi altına düşən 96 təsərrüfat qeydə alınıb. Onlardan 21-i yaşayış evidir».
«Daşınmaz əmlakın təyinatından asılı olaraq 1 kv.m üçün 100-400 manat kompensasiya nəzərdə tutulur. Yaşayış evlərinin 1 kv.m üçün 400 manat ödənilir», - Anar Nəcəfov deyib.