Yanvarın 6-da Moskva birjasında 1 dollar 75, avro isə 80 rubl 47 qəpik olub.
Bu neftin yenidən ucuzlaşması fonunda baş verir.
Belə ki, Brend markalı neft yanvarın 6-da 35 dollara düşüb.
Qeyd edək ki, Ukraynaya görə Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar və dünya bazarında neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.
Rusiya iqtisadiyyatının əsas gəliri neftdəndir.