-
Almaniyanın Ədliyyə naziri bildirib ki, Yeni ildə Köln şəhərindəki hücumlarda iştirakları sübut olunan qaçqınlar deportasiya oluna bilər.
Yanvarın 7-də dərc olunmuş müsahibədə Heiko Maas deyib ki, “qanun-qaydanı poza biləcəyini düşünən hər bir kəs cəzalanmalıdır – haradan gəlməsindən asılı olmayaraq”.
Deportasiyadan savayı, həmin şəxslər azı bir il məhkum da edilə bilərlər. Bunu da nazir deyib.
Dekabrın 31-dən 1-nə keçən gecə Köln və Hamburq şəhərlərində onlarla qadına seksual hücum edilib, qarət olunublar. Şahidlər hücumçuları “ərəb və ya Şimali Afrikadan gələnlər” kimi təsvir edib. Ancaq rəsmilər hələlik hücumları kimin həyata keçirməsinə dair az informasiya olduğunu bildirir.
Ötən il Almaniyaya rekord sayda miqrant gedib.