Dünya bazarında neftin bareli yanvarın 7-də 34 dollardan aşağı düşüb.
Brend markalə neftin bareli 33,4 dollar olub. Hətta satış vaxtı 33,2 dollara düşüb.
Brend markalı neft 24 saat ərzində təxminən 8 faiz ucuzlaşıb.
Buna səbəb Çin birjalarındakı vəziyyətdir.
Yanvarın 7-də Çin birjalarında qiymətlər yenidən 5 faiz düşüb və hakimiyyət satışı dayandırmalı olub.
Həmçinin buna görə ABŞ və Avropada indekslər ucuzlaşıb.
Bu Rusiya rublundan da təsirsiz ötüşməyib.
1 dollar 75 rubldan yuxarı olub.