Dərman içib xəstəxanaya düşdü

Foto illüstrasiya

-

Qaxda iki uşaq anası dərmandan zəhərlənib.

Qax Mərkəzi Rayon Xəstəxanasından APA-ya bildirilib ki, yanvarın 7-də 38 yaşlı Aybəniz Süleymanova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, iki uşaq anası olan Aybəniz Süleymanova hələlik məlum olmayan səbəbdən 5 ədəd dərman içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Süleymanovaya lazımi tibbi yardım göstərilib, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.