Slovakiyanın baş naziri Robert Fico Avropa Birliyini Almaniyada törədilən kütləvi seksual cinayətlərlə bağlı təcili sammit keçirməyə çağırıb.
Qeyd edək ki, bu cinayətlərdə miqrantların adları hallanır.
Yanvarın 8-də Köln şəhərinin polis rəisi Wolfgang Albers polisin vəziyyətə nəzarət edə bilməməsi, ictimai-asaişi qoruya bilməməsi ilə bağlı tənqidlərə görə istefa verib.
Xatırladaq ki, Yeni il axşamı bu cür hücumlar və qarətlərlə bağlı polisə 100-dən çox şikayət daxil olub.
Köln polisi yanvarın 1-də bayramın dinc şəraitdə keçdiyini desə də baş verənlər barədə ictimaiyyətə yalnız yanvarın 2-də məlumat verilib.
Hüquq-mühavizə orqanları yanvarın 8-də hücum edənlərdən 18-nin ölkədən sığınacaq istəyənlər olduğunu bəyan edib.