«Rubl və qrivna 2015-in ən çox dəyər itirmiş valyutalarıdır»

McDonald’s-ın «Big Mac»ı

-

«Economist» jurnalının verdiyi məlumata görə Rusiya və Ukraynada McDonald'sın standart Biq Mak hamburgerinin dollar dəyəri ABŞ-dakından üç dəfə ucuzdur.

2015-ci ilin yekunlarına görə rus rublu dünyada ən ucuz valyutalardan biridir. «Economist» jurnalının ənənəvi «Biq Mak İndeksi»nə görə o axırdan ikinci yeri tutur. Ukrayna qrivnası isə axırdan üçüncü yeri tutur. Axırdan birinci yeri isə Venesuelanın milli valyutası olan bolivar tutub. İndeksin müəllifləri onun dəyərinin düşüş səviyyəsini sona qədər hesablaya bilməyiblər.

Sanballı «Economist» jurnalı «Biq Mak İndeksi»ni 1986-cı ildən bəri dərc edir. İndeksin əsasında dünyanın müxtəlif ölkələrində McDonald's restoranlar şəbəkəsində alınmış bir standart «Biq Mak» hamburgerinin qiymətinin eyni hamburgerin ABŞ-dakı qiyməti ilə müqayisəsi durur. Hesab olunur ki, əgər bir ölkədə «Biq Mak» ABŞ-dakından ucuzdursa həmin ölkənin valyutası böhran keçirir, dəyər itirib və onun bahalaşması potensialı var. Əgər «Biq Mak»ın həmin ölkədəki qiyməti Amerikadakından yüksəkdirsə onda həmin valyuta çox dəyər yığıb və onun ucuzlaşması potensialı var. Çünki dünya iqtisadiyyatı hər il daha da qloballaşır.

Əvvəllər bu indeks yarızarafat xarakteri daşıyırdı. Ancaq zaman keçdikcə aydın oldu ki, onun hərəkəti valyuta məzənnələrinin oynamalarını və inflyasiya göstəricilərini izləməyə rəsmi statistik göstəricilərdən daha yaxşı imkan verir. Bu indeks həm də xarici turistlər üçün yaxşı orientir rolunu oynayır.

Biq Mak indeksinin hesablanması zamanı Rusiyanı bu ölkədə ilk McDonald's restoranının açıldığı 1990-cı ildən hesablamağa başlayıblar. Həmin il Rusiyada bir Biq Mak hamburgeri 6,18 dollar, ABŞ-da isə 2,1 dollar idi.

Hazırda ABŞ-da bir Biq Makın qiyməti 4,93 dollardır. Rusiyada isə bu göstərici 2000-2005-ci illər arasında 1,5 ABŞ dolları olsa da, 2005-ci ilin sonundan etibarən neft qiymətlərinin artması rublu gücləndirdi və Biq Mak bahalaşıb 2 dollar oldu. Sonradan bir az da bahalaşıb 2014-cü ilin ortalarına qədər 2,5 dollar səviyyəsində qaldı.

...rus rublu 2016-cı ilin əvvəli üçün dollara nəzərən təxminən 70 % dəyər itirib...

2014-cü ilin ortalarından etibarən neft qiymətləri sürətlə endi, nəticədə Rusiyanın «Biq Mak İndeksi» də çökdü. Son il yarım ərzində Biq Makın 1,4 dollar (114 rubl) olub. Beləliklə ekspertlərin hesablamalarına görə rus rublu 2016-cı ilin əvvəli üçün dollara nəzərən təxminən 70% dəyər itirib ki, bu da son 15 ildə ən aşağı səviyyədir. Economistin hesablamalarına görə 2000-ci illərdə müxtəlif illər ərzində rublun dollara nəzərən 30-50% dəyər itirdiyi vaxtlar olub.

Ukraynada isə 2016-cı ilin əvvəlində Biq Mak 1,54 dollar (36 qrivna) olub. Bu, həm də qrivnanın son il yarım ərzində davam etməkdə olan zəifləməsi ilə bağlıdır.

Rusiya və Ukraynada ən son «Biq Mak İndeksi» Hindistan, Tayvan, Misir, Cənubi Afrika, Malayziya, Vyetnam və Çin kimi ölkələrdən aşağıdır. Daha «bahalı» ölkələrə gəlincə isə Çexiya və Macarıstanda Biq Makın qiyməti 3 dollara yaxın, Braziliya və Türkiyədə 3,4, Avrozonada 4, Böyük Britanıyada isə 4,2 dollara yaxındır.

2016-cı il üçün Biq Makın ABŞ-dan daha baha satıldığı yalnız üç ölkə var: Norveç, İsveç və İsveçrə. Norveç və İsveçin milli valyutaları ABŞ dollarına nəzərən 6% daha dəyərlidir. İsveçrənin milli valyutası olan frank isə dollara nəzərən 30% daha bahalıdır.

Sözügedən indeksə görə 2016-cı ilin əvvəli üçün avro dollara nəzərən təqribən 19% dəyər itirib.