Neft Fondu yenə dollar satacaq

Bakıda valyutadəyişmə məntəqəsi

-

Dövlət Neft Fondu ölkənin kommersiya banklarına valyuta satışını davam etdirir.

Fonddan verilən məlumata görə, yanvarın 15-də Azərbaycan Mərkəzi Bankı ilə birgə təşkil olunacaq hərrac vasitəsilə banklara daha 200 milyon dollar satılacaq.

Hərracda bütün banklar iştirak edə bilər. Fonddan belə deyirlər.