İlham Əliyevdən yeni nazir təyinatı

İlham Əliyev

Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Məlumatı yanvarın 15-də Prezident.az saytı yayıb.