Ramil Usubov Nardaran sakinləri ilə görüşdü

Ramil Usubov

-

Daxili işlər naziri Ramil Usubov yanvarın 17-də Nardaran sakinləri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Sabunçu Rayon Polis İdarəsində baş tutub.

Usubov hüquq-mühafizə orqanlarının qəsəbədə «ictimai asayişin, təhlükəsizliyin tam bərpa olunması məqsədilə həyata keçirdiyi əməliyyat-axtarış və profilaktiki tədbirlər»dən danışıb. O, Nardaranda kriminogen durumun tam nəzarətdə olduğunu vurğulayıb.

Nazir qəsəbədə aparılan intensiv tikinti-quruculuq və sakinlərin sosial-məişət problemlərinin qısa müddətdə aradan qaldırılması üçün görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, deputat Eldar Quliyev və rayon Polis İdarəsinin rəisi Eldar İlyasov da iştirak edib.