Rohani Avropaya gedir

Hassan Rohani

-

İran prezidenti Hassan Rohani gələn həftə İtaliya və Fransaya gedir. Bu barədə diplomatik mənbələr xəbər yayıb. Bu, İrana beynəlxalq sanksiyalar götürüləndən sonra ölkə prezidentinin Avropaya ilk səfəridir.

İtalyan mənbələr Romaya səfərin yanvarın 25-26-da baş tutacağını, Parisə isə yanvarın 27-də gedəcəyini bildirir.

Rohani İtaliyada prezident, baş nazir, biznes liderləri ilə görüşəcək.

Məlumatlara görə, Roma Papası Francis ilə də görüş planlaşdırılır.

Bu səfərlər noyabra nəzərdə tutulurdu, ancaq islamçı silahlıların Parisdə 13 noyabr terrorundan sonra ertələndi.