-
2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.
APA bunu Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova isnadən xəbər verir.
E.Rüstəmov sənədin neftin yeni, real qiymətinə uyğunlaşdırılğını söyləyib.
«Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı», - deyə E.Rüstəmov layihənin yenidən işlənməsi səbəbinə toxunub.
Büdcə layihəsi 2015-cü ilin noyabrında hazırlanıb. Amma bu layihədə neftin dəyəri 50 dollardan hesablanıb. Halbuki, 2015-ci ilin sonlarında artıq neftin dəyəri 40 dollardan enmişdi.