Deputatlar Strasburqa gedir

Avropa Şurası

-

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 30-dək Strasburqda olacaqlar.

Bu haqda MM-in mətbuat xidməti məlumat verib.

Sessiyanın birinci günü AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

İclasda Azərbaycanla bağlı «Dağlıq Qarabağ və Sərsəng su anbarı», eləcə də «Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilir» adlı iki məruzə ətrafında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovoda vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə və s. mövzularda fikir mübadiləsi aparılacaq.