-
Prezident İlham Əliyev Azərbaycanda I qrup əlillərin sosial müavinətlərinin 10 faiz artırılması ilə bağlı fərman imzalayıb. Fərman prezidentin saytında yayımlanıb.
Fərmana əsasən, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinətlərin aylıq məbləği fevral ayının 1-dən 10 faiz artırılır.