Rusiya prezidenti Vladimir Putin korrupsiya və insan haqlarının pozulmasına görə geniş tənqid olunan Çeçenistan lideri Ramzan Kadyrovun fəaliyyətini yüksək qiymətləndirib.
O yanvarın 25-də “Ümumrusiya xalq cəbhəsi”nin Stavroplolda keçirilən regional konfransda çıxış edərkən Çeçenistan xalqı və onun indiki liderinə təşəkkür bildirib.
Putin Kadyrovun işinin effektiv olduğunu deyib.
Qeyd edək ki, Kadyrov yanvarın 12-də Putinə qarşı olan bütün rusiyalıları, sistemsiz müxalifəti xain və xalq düşməni adlandırıb.
Onun bu fikirləri müxalifət, ziyalılar və insan haqları fəallarının dərin narazılığı ilə qarşılanıb.