-
Mərkəzi Bank «Yunayted Kredit Bank» və «NBCBank»ın bank lisenziyalarını ləğv edib.
MB-dan verilən məlumata görə, bankların bağlanma səbəbləri eynidir:
- kapitalın minimum məbləği tələbinə əməl etməməsi;
- kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi;
- cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi.
Banklara müvəqqəti inzibatçı təyin edilib.
Mərkəzi Bank bildirir ki, hər iki bankda Əmanətlərin Sığortalanması Fondunun sığortaladığı əmanətlər üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Sizin brauzer HTML5-i dəstəkləmir