Dünya Bankı yeni hesabatında 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb.
Neftin bareli gözlənilən 52 dollardan 37 dollara salınıb.
Hesabatda bunun son 3 ayda təlabat və təkliflərlə bağlı olduğu bildirilir.
Burda əsas faktorlardan biri kimi İran neftinin gözlənildiyindən tez bazara çıxması və inkişaf edən iri dövlətlərdə iqtisadi geriləmə göstərilir.
Yanvarın ortalarında neftin bareli 30 dollardan, və hətta qısa müddətə 28 dollardan aşağı düşüb.