-
“Naxçıvan Avtomobil Zavodu (NAZ) ölkə məmurlarının istifadəsi üçün bir neçə adda model təklif edə bilər. NAZ-ın istehsal gücü ildə 5 min avtomobil təşkil edir. Amma 2 növbəli iş qurulsa, bu rəqəmi ildə 10 min avtomobilə çatdırmaq olar. İstənilən qədər avtomobil istehsal edə bilərik, təki alıcılar olsun”. “Fins.az” bu xəbəri NAZ-ın direktoru Musa Abdullayevə isnadən yayıb.
M.Abdullayevin sözlərinə görə, hazırda Naxçıvan Avtomobil zavodunda 10 adda avtomobil istehsal edilir. Bunların əksəriyyəti məmurların və dövlət nümaynədələrinin istifadəsi üçün yararlıdır: «Məsələn 2016-cı ildən etibarən yeni «Lifan 820» modelinin istehsalına başlamışıq. Bu, biznes sedan sayılır. Avtomomatik sürət qutusu ilə təmin edilib».
Buna da bax: Nazirlər bahalı maşınları neçəyə alırlar?
Ümumiyyətlə, zavod direktoru deyir ki, məmurların istifadəsi üçün 3 model təqdim oluna bilər. Bunlar – «Lifan 720», «Lifan 820» və «X60» krossoverdir.
Direktor bildirib ki, hazırda zavodun anbarlarında satışa hazır olan 180 avtomobil var.
Dövlət başçısı İlham Əliyev “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramının realaşdırılamsının ikinci ili ilə bağlı yanvarın 26-da keçirilən konfransda məmurlara və iş adamlarına “Naxçıvanda istehsal edilən avtomobil, yerli mebel almaq” təklifləri səsləndirib.