Neft nəhəngləri Səudiyyə Ərəbistanı ilə Rusiyanın neftin qiyməti ilə bağlı əməkdaşlıq edə bilmələri ilə bağlı məlumatlar yanvarın 26-da neftin qiyməti və indekslərin balaşmasına səbəb olub.
İraqın neft naziri Adel Abdulmahdi Küveytdə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya neft istehsalını azaltmaq üçün OPEC təşkilatı ilə çevik iş aparır.
Abdulmahidi deyib ki, Bağdad da neftin bahalaşması üçün əməkdaşlığa hazırdır, amma bir şərtlə ki, bunu OPEC üzvü olmayan Rusiya da eləsin.
İraqın ötən il rekord həddə neft istehsal etməsi xəbəri yanvarın 25-də neftin qiyməti və indekslərin kəskin düşməsinə səbəb oldu.
OPEC-in baş direktoru Abdalla al Badri dəfələrlə üzv və qeyri-üzv ölkələri neftin qiymətini qaldırmaq üçün əməkdaşlığa çağırıb. Həmçinin Venesuela bununla bağlı Rusiya ilə danışıqlar aparıb.
Amma Kreml heç vaxt OPEC-lə əməkdaşlıq edəcəyini açıq şəkildə deməyib.
Yanvarın 26-da Nyu-York birjaslnda neft 4 faiz bahalaşaraq 31 dollar 45 sent, Brend markalı neft isə London birjasında 31 dollar 80 sentə qalxıb.
Həmçinin Dow Jones indeksi 2, ABŞ və Avropadakı digər əsas indekslər isə 1 faizdən də çox bahalaşıb.