-
Bu həftə Rusiyanın neft və enerji rəsmiləri qərara gəliblər ki, Səudiyyə Ərəbistanı və OPEC neft karteli ilə danışıqlar aparmalıdırlar. Məqsəd neftin qiymətinin qalxması məqsədilə istehsalı azaltmaqdır.
Rusiyanın Transneft şirkətinin rəhbəri Nikolai Tokarev yanvarın 27-də bu əməkdaşlığın mümkünlüyünü bildirib. Bununla da neftin qiyməti 5 faizdən çox qalxıb.
Rusiyanın 2-ci neft istehsalçısı olan Lukoil-un vitse-prezidenti həftənin əvvəlindı demişdi ki, Moskva OPEC-lə danışıqlara başlamalıdır.
Tokarev-in sözlərincə, rəsmilər yanvarın 26-da Moskvada görüşüblər və qiymətləri tənzimləmək üçün OPEC-lə danışıqların vacibliyi qənaətinə gəliblər.
2014-cü ilin ortalarından xam neftin barrelinin qiyməti 115 dollardan düşməyə başlayıb, bu yaxınlarda 30 dollar həndəvərində dayanıb.