-
Yanvarın 28-də Sumqayıtdakı «Karvan» Ticarət Mərkəzində aksiya olub. Dükan sahibləri mərkəzin rəhbərliyindən icarə haqlarının endirilməsini tələb edib.
Aksiyanın nəticəsi olaraq rəhbərlik yanvarın 28-dən icarə haqlarını 30-50 faiz aşağı salıb. Amma bu qərar 3 ay qüvvədə olacaq.
Bu haqda AzadlıqRadiosuna sahibkarlar məlumat verib.
Bir müddət əvvəl də «Karvan» Ticarət Mərkəzində çalışanlar aksiya keçirmişdi. Onlar yerli icra hakimiyyətinin dükanları boşaltmaq istəyinə etiraz etmişdilər. Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bunu təkzib etmişdilər.
|
|