Prokurorluqdan KİV-lərə xəbərdarlıq

-

Baş Prokurorluq Müstəqil İnformasiya Agentliyi, Jurnalist Araşdırma Mərkəzi və “Qaynar-media” MMC-nin rəhbərlərinə xəbərdarlıq edib.

Prokurorluğun məlumatında qeyd olunur ki, "jurnalistlərdən reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoymaları tələb edilib. Tələbə məhəl qoyulmazsa, prokurorluq daha ciddi tədbirlər görmək zorunda qalacaq."

Baş Prokurorluğun açıqlamasından aydın olur ki, Mətbuat Şurası internet resursları monitorinq edir, nəticələri hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edir. Prokurorluq bildirir ki, Mətbuat Şurasının yanvar ayındakı monitorinqinin nəticələrinin araşdırması zamanı bəlli olub ki, bir sıra internet saytlarında respublikanın müxtəlif bölgələrində yanvar ayında keçirilən etiraz aksiyaları barədə yayılan məlumatlarda kütləvi informasiya vasitələri qanunvericiliyinin tələbləri pozulub. "Həmin məlumatlarda ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsinin, əhalinin mövcud vəziyyətdən narazı olmasının vurğulanması insanları aksiyalara təhrik etmək məqsədi daşıyıb." Prokurorluq 3 media qurumna buna görə xəbərdarlıq edib.

Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hökumətini KİV-lərin işinə müdaxilə etməkdə suçlayır. Ölkədə jurnalistlərin prosesləri işıqlandırmaq cəhdlərinə maneçilik törədildiyini qeyd edir.