-
Azərbaycanda torpaq sahəsinin mənsubiyyətindən asılı olmayaraq, torpaq sürüşməsi təhlükəsi olan sahələrdə tikinti işlərinin aparılması qadağan edilib. Sürüşməyə qarşı tədbirlər istisna olunur.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisində coğrafi koordinatları müəyyən edilmiş torpaq sürüşməsi təhlükəsi olan sahələrin xəritələrinin təsdiq edilməsi və bu sahələrdə tikinti işlərinin qadağan edilməsi haqqında” qərar imzalayıb.
Qərarın icrasına nəzarət Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.