Azərbaycanda elektrik enerjisi istehsalı sahələrinin özəlləşdirilməsi gözlənilən deyil. Energetika naziri Natiq Əliyev bunun elektrik enerjisi istehsalı şəbəkəsinin durumunun dünya standartlarına uyğun olmaması ilə əlaqədar olduğunu deyib.
“Mövcud elektrik paylayıcı şəbəkələrin dünya standartlarına cavab verməsi üçün 4 milyard dollar sərmayə qoymaq lazımdır. Özəlləşdirmə zamanı fiziki şəxslər belə sərmayələrin öhdəsindən çətin ki, gəlsin. Buna görə də bunu ancaq iri şirkətlər edə bilər. Bu səbəbdən elektrik paylayıcı şirkət və istehsalçıların özəlləşdirilməsindən danışmaq hələ tezdir” deyə N.Əliyev vurğulayıb.
Nazir elektrik enerjisi sahəsindəki yardımçı şirkətlərin özəlləşdirilə biləcəyini bildirib.