Torpağını əkməyən kəndli cərimələnəcək

Foto illüstrasiya

-

Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsinə dair tələblər sərtləşdiriləcək.

Bu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) yaydığı press-relizdə bildirilir. Orada qeyd edilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsiz qalmasını önləmək üçün bu sahəni tənzimləyən qanunlara dəyişiklik edilməsi təşəbbüsü irəli sürülüb.

KTN-in hazırladığı qanun layihəsində Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Nazirlər Kabinetinə təqdim olunmuş təkliflərə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahələri ardıcıl olaraq iki il və daha artıq müddətdə istifadəsiz qalarsa, mülkiyyətçiyə inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.