İran Azərbaycanda dərman istehsal edə bilər

-

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ölkədə səfərdə olan İranın Sosial Müdafiə Təşkilatı sədrinin vəzifələrini icra edən Rza Raeinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xəbəri “APA” informasiya agentliyi yayıb.

Rza Raei təmsil etdiyi qurum və quruma daxil olan əczaçılıq məhsulları istehsalçısı “Darou pakhsh” şirkəti barədə məlumat verib.

Görüşdə Azərbaycanda dərman istehsalının təşkili sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.