MTN-çilərin həbs müddəti artırılıb

-

Səbail Məhkəməsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 6 əməkdaşının həbs müddətinin uzadılmasına qərar verib.

Məhkəmə qərarı ilə, keçmiş MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyevin, Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayevin, Anar Şirəliyevin, Eşqin Əliyevin, Elşad Əzizovun və Teymur Quliyevin həbs müddəti daha dörd ay artırılıb Xəbəri Report yayıb.

2015-ci ilin oktyabr ayında keçmiş MTN-in 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə ittiham olunaraq həbs edilmişdilər. Həmin maddələrdə söhbət vəzifə səlahiyyətlərindən sui istifadədən, vəzifə səlahiyyətlərini aşmadan və əməlyyat-axtarış-fəaliyyəti haqqında qanunvericiliyi pozmadan gedir. Həbs olunanlardan biri - Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev dekabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etmişdi.