Banklar birləşmədi

-

“DəmirBank”la “AGBank”ın gözlənilən birləşməsi baş tutmayıb.

Bu haqda “DəmirBank” məlumat yayıb.

Qeyd edilir ki, aralarında yanvar ayında imzalanan konsolidasiya razılaşmasına uyğun olaraq “DəmirBank” birləşmənin perspektivlərini aktiv müzakirə edib.Konsolidasiyanın tərəflərə mümkün təsirlərini araşdırıb.

Yekunda bankın müşahidə şurası birləşməni məqsədəuyğun hesab etməyib.

“DəmirBank”la “AGBank” yanvar ayında konsolidasiya ilə bağlı niyyət protokolu imzalamışdılar.

Yada salaq ki, Mərkəzi Bank bankların birləşməsin tövsiyə etmişdi.