«AGBank» birləşməyə bank tapdı

AGBank

-

«AGBank» ASC və «Bank Standard» QSC arasında konsolidasiyaya dair ilkin niyyət protokolu imzalanıb. Xəbəri «Report» yayıb.

Niyyət protokolunda bu konsolidasiya prosesi «çoxillik fəaliyyəti nəticəsində əldə edilən nailiyyətləri yeni formada yaşatmaq, dəyərli müştərilərə qabaqcıl standartlara uyğun xidmətin davamlı olaraq göstərilməsi» ilə əsaslandırılır.

Razılaşmaya əsasən, bankların nümayəndələrindən ibarət işçi qrupunun «AGBank»ın «Bank Standard»a qoşulması layihəsinin gerçəkləşdirilməsi istiqamətində birgə işlər aparacağı nəzərə çatdırılır.

Yada salaq ki, bu ilin yanvarından ölkədə bir sıra bankların lisenziyası ləğv edildi. Bəzi banklar birləşmə haqda niyyətləri olduğunu açıqladı. Onlardan «AGBank» ilə «Dəmirbank» ASC arasında konsolidasiya nəzərdə tutan danışıqlar getdi. Amma dünən «Dəmirbank» konsolidasiya prosesinə razı olmayıb və prosesə xitam verilib.