Türkiyə prezidenti Racep Tayyip Erdogan bəyan edib ki, onun ölkəsi Suriyanın şimalında yeni bir kürd dayaq nöqtəsi yaradılmasına imkan verməyəcək.
O fevralın 17-də bildirib ki, Türkiyə ordusu Suriyadakı kürd qruplarının mövqelərini vurmaqda davam edəcək.
Qeyd edək ki, Ankara bu qrupu PKK-nın Suriyadakı hərbi qanadı hesab edir.
Erdogan qeyd edib ki, ABŞ Türkiyə və ya kürd yaraqlılarının tərəfini saxlamasına aydınlıq gətirməlidir.
Qeyd edək ki, ABŞ digər üsyançılarla yanaşı, Suriya rejimi ilə mübarizə aparan kürd qruplarını da dəstəkləyir.
Məlumatlara görə, kürd qruplaşmaları son döyüşlərdə Türkiyə sərhədi yaxınlığında digər üsyançı qruplardan xeyli ərazi zəbt edib.
Bu Ankaraqnın ciddi narahatlığına səbəb olub.