Azərbaycana gələnlərin viza alması asanlaşdı

-

Bundan sonra Azərbaycana gəlmək istəyən turistlər 5 günə elektron viza əldə edə biləcəklər.

Prezident İlham Əliyev fevralın 18-də bununla bağlı Miqrasiya Məcəlləsində edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişiklikdən əvvəl elektron vizanın 10 günə verilməsi nəzərdə tutulurdu.

Əcnəbi, vətəndaşlığı olmayan şəxslər viza üçün yaşadığı və ya üçüncü ölkədə Azərbaycanın diplomatik nümayəndəliklərinə, konsulluqlarına müraciət edə bilər.

Bu zaman şəxsən və ya nümayəndə vasitəsi ilə müraciət mümkündür.

Buna da bax...