Prezident əfv komissiyasını yenilədi

İlham Əliyev

-

Prezident İlham Əliyev Əfv Məsələləri Komissiyanın yeni tərkibini təsdiqləyib.

Ölkə başçısının fevralın 19-da imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev komissiyanın sədri təyin olunub. Komissiyada daxili işlər, ədliyyə, mədəniyyət və turizm nazirləri, Dövlət Təhlükəsizliyi Xidməti rəhbəri, millət vəkilləri təmsil olunacaq.

Komissiyaya ictimai təşkilatlardan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin adı daxil edilib.

Ramiz Mehdiyev bundan əvvəlki tərkiblərdəki əfv komissiyasının sədri olub.