Jurnalistin qaynını öldürənə - 10 il cəza

Pərviz Həşimli

-

Həbsdə olan jurnalist Pərviz Həşimlinin qaynı Kamal Rüstəmovun qətlilə bağlı məhkəmə yekunlaşıb. Fevralın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində bu cinayət işi üzrə hökm elan olunub. Kamal Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən qaynı Ürfan Rzayev 10 il azadlıqdan məhrum edilib.

Kamal Rüstəmov 2014-cü ilin sentyabrında Göygöl rayonunda Quşqara çayının kənarında münaqişə zəmininda qətlə yetirilib. Hadisə zamanı Kamal Rüstəmovun qarın və sinə nahiyəsindən bıçaqla 2 zərbə vurulub. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Zərərçəkmiş tərəf hökmdən narazı qalıb və apellyasiya şikayəti veriləcəyini bildirib.