Çeçenistan lideri Ramzan Kadyrov bir daha “sistemsiz” Rusiya müxalifətini düşmən adlandırıb”. O bunu “Rusiya xəbərlər xidməti”nə müsahibəsində deyib.
Müxalifətdə olan siyasətçi İlya Yashinin onunla bağlı hesabatına gəldikdə isə Kadyrov deyib ki, o Qroznıya səfəri zamanı heç kimlə danışmayıb, onun hazırladığı hesabat isə internetdə qiybətdən başqa bir şey deyil.
Çeçenistan lideri deyib ki, mən doğurdan da istənilən əmri yerinə yetirməyə hazır olduğumdan, onlar üçün təhlükəyəm: ”Onlar bilir ki, nəsə başlasa birinci onların evinə mən gedəcəm, çünki onlar xalq düşməni, birbaşa təhlükədirlər”, deyə o vurğulayıb.
Ramzan Kadyrov tutduğu vəzifədən getməyə və Rusiyanın düşmənləri ilə vuruşmağa hazır olduğunu deyib.
Amma qeyd edib ki, əgər lazımdırsa vəzifəsində qalacaq və çünki Putinin əsgəridir.
Ruysyanın müxalifət liderlərindən olan İlya Yashin fevralın 23-də Çeçenistan lideri Ramzan Kadyrovun fəaliyyəti ilə bağlı “Milli təhlükəsizliyə təhlükə” adlı hesabatını açıqlayıb.
Yashin çıxışında deyib ki, İndiki Çeçenistan rejiminə görə Rusiya prezidenti Vladimir Putin cavabdehlik daşıyır və Rusiya hakimiyyətinin göz yumması nəticəsində bu respublikada korrupsiya çiçəklənir.
Müxalifət lideri deyib ki, Kadyrov Çeçenistanda müsəlman dininin normalarına zidd olan kiçik islan dövləti qurub.
“PARNAS” partiyasının lideri Mikhail Kasyanov isə bu yaxınlarda Kadyrovun Rusiya üçün rüsvayçılıq olduğunu bəyan edib.