-
Azərbaycanla İran arasında Araz çayı üzərində «Xudafərin» və «Qız qalası» hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı saziş imzalanıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmoud Vaezi imzalayıb.
Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcək.
Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasında səfərdə olub. Bu səfər çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb.