İran 50 milyard dollar qazanacaq

John Kerry

-

İran iqtisadi sanksiyaların qaldırılmasından 150 milyard dollar deyil, 50 milyard dollar qazanc əldə edəcək. Bunu ABŞ Dövlət katibi John Kerry açıqlayıb.

Kerry fevralın 25-də Xarici İşlər Komitəsində deyib ki, “dəyərləndirməmizə görə, bu gəlir 50-55 milyard dollar arası olacaq”.
Ancaq departament gəlirin hətta bundan da az olacağını bildirir, çünki pulun çoxu borcların ödənməsinə gedəcək.

Kerry onu da söyləyib ki, İran İnqilab Keşikçilərinin “böyük hissəsini” Suriyadan çəkib, görünür, bu, fevralın 27-dən qüvvəyə minəcək atəşkəslə bağlıdır.