-
İranın Ali dini lideri Ayətulla Ali Khamenei iranlıları fevralın 26-da seçkilərdə fəal iştiraka çağırıb.
“Millətimizi erkən səs verməyə çağırıram… Onlar namizədlərə dair müdrik seçim etməlidirilər. Fəal seçici iştirakı İranın düşmənlərini dilxor edəcək”, o, səs verəndən sonra deyib.
Bu gün İranda parlamentə və Ekspertlər Məclisinə seçki keçirilir. Bu məclis ali dini lider vəzifəsinə təyinat edə, yaxud onu uzaqlaşdıra bilər.
İran ötən il dünya gücləri ilə nüvə sazişi əldə edəndən sonra bu, ölkədə baş tutan ilk seçkidir.
Elə səsverməyə həmin saziş və onun imzalanmasına nail olmuş mötədil prezident Hassan Rouhani-nin siyasəti üzrə bir referendum kimi baxılır.
İslahatçılar və Rohani tərəfdarları sazişi dəstəkləyir, sərt xətt tərəfdarları ona qarşı çıxır.