-
Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə dünya enerji bazarının son durumunu, neft hasilatının “dondurulması” təşəbbüsü ətrafındakı danışıqları müzakirə edib.
Bu haqda Energetika Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumatda tərəflərin Azərbaycan-İran enerji əməkdaşlığının hazırkı səviyyəsinə diqqət ayırdığı da qeyd olunur. Nazir İranla Azərbaycan arasında Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi ilə bağlı razılaşma haqda səfirə bilgi verib.
Görüşdə “Cənub Qaz Dəhlizi” , “Cənub Qafqaz Boru xəttinin (SCP) genişləndirilməsi , TANAP və TAP layihələrinin icrası müzakirə edilib.