-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Agramunt Azərbaycana gəlib. Report-un xəbərinə görə martın 1-dək davam edəcək səfər çərçivəsində P.Agramuntun prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşü gözlənilir.
Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulur. Cənab Agramuntun həbsxanada cəza çəkən REAL hərəkatının lideri İlqar Məmmədova baş çəkəcəyi də gözlənilir.
Bu, P.Agramunt-un AŞPA prezidenti kimi Bakıya ilk səfəridir.
O, bu posta Assambleyanın yanvardakı sessiyasında seçilib. Daha əvvəl isə P.Agramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.