-
Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihəsinin maliyyə məsələsi bu ilin aprelində həll olunacaq.
Report-un xəbərinə görə, energetika naziri Natiq Əliyev belə deyib.
Nazir hazırda maliyyə mənbəyinin tapılması ilə bağlı danışıqlar aparıldığını vurğulayıb. O maliyyə probleminin yaşanmayacağına inamını ifadə edib:
“Dünya bazarında baş verən böhran layihələrin həyata keçirilməsinə problem yaratmır. Həm Azərbaycanın "Şahdəniz-2" layihəsinin maliyyələşdirilməsində və həm də digər layihələrdə SOCAR-ın payında heç bir problem yoxdur. Bizim tərəfdaşlarımızın da çətinliyi yoxdur" - deyə Natiq Əlyev bildirib.
Cənub Qaz Dəhlizi “Şahdəniz- 2” çərçivəsində hasil edilən qazı 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək.
Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru zəncirinin inşa edilməsi tələb olunur: Onlardan biri də TAP-dır.
Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək.