-
“Dünya bazarında baş verən iqtisadi böhranın müəyyən mənfi təsirləri var, lakin buna baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsi vaxtında icra olunacaq”.
Bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısının yekunları ilə bağlı mətbuat konfransında Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bildirib.
Report-un xəbərinə görə, M.Şefçoviç qeyd edib ki, layihədə iştirak edən ölkələr öz öhdəliklərini təsdiq ediblər.
"Ölkələr bu layihələrin vaxtında icra olunmasında qərarlıdır və bu, banklara da şamil olunur. Azərbaycan qazı 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq".
Cənub Qaz Dəhlizi» «Şahdəniz-2» çərçivəsində hasil edilən qazın 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutur.