-
Prezident İlham Əliyev martın 1-də «Əmanətlərin tam sığortalanması haqqında» qanunu təsdiq edib.
Qanunun məqsədi bankların dayanıqlığını təmin etmək, əmanətçilərin bu sistemə etibarını gücləndirməkdir. Qanuna əsasən, banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
Prezident həmçinin, sərəncamla normativ hüquqi bazanın «Əmanətlərin tam sığortalanması haqqında» qanuna uyğunlaşdırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.