-
Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Fuad Qəhrəmanlının girov əvəzində azadlığa buraxılması üçün Nəsimi məhkəməsinə müraciət edilib.
Bu haqda Trend-ə siyasətçinin vəkili Fəxrəddin Mehdiyev bilgi verib.
Nəsimi məhkəməsində müraciətə martın 2-də baxılacaq.
Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında Nardaran olayları ilə bağlı həbs edilib.
O, dövlət hakimiyyəti əleyhinə və dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmədə ittiham olunur.
Siyasətçi ittihamların qurama olduğunu, sosial şəbəkələrdəki fəallığına görə, həbs olunduğunu deyir.