-
Moskvada bir uşağın kəsilmiş başıyla görüntülənən özbək qadın deyir ki, bu dəhşətli qətli törətməyə ona “Allah əmr edib”.
Gyulchekhra Bobokulova martın 2-də Moskvada məhkəməyə gedərkən jurnalistlərə danışıb.
Onu da deyib ki, dayəlik etdiyi 4 yaşlı uşağın qətlini boynuna alıb.
Presnensky rayon məhkəməsi qadın barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.
Rəsmilər qadının psixi problemlərdən əziyyət çəkdiyini, psixiatrik müayinədən keçəcəyini bildiriblər.
Fevralın 29-da internetdə yayılmış videoda Bobokulova qara geyimdə görünür, əlində kəsilmiş uşaq başı tutub.
Şahidlər onun “Allahu Akbar” qışqırdığını söyləyirlər.
Hadisədən sonra hökumətə yaxın deputatlar dayəlik xidməti göstərən şirkətlər üzərində nəzarəti gücləndirməyə çağırıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir