Prezident Sumqayıta 9 milyon manat ayırdı

Sumqayıt

-

Martın 3-ü prezident İlham Əliyev Sumqayıt şəhər İcra Hakimiyyətinə özünün ehtiyat fondundan 9 milyon vəsait ayırıb.

Sərəncamda qeyd edilir ki, bu vəsait Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsinə sərf edilməlidir. Həmin vəsaitin 6,5 milyonu çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə, 2,5 milyon manatı isə lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə ayrılıb.

Sərəncamın icrası Maliyyə Nazirliyinə həvalə olunub.